Almaniya

Nazarovun komandasından 25 cavabsız qol

Almaniyanın “Ersgebirge” klubu yeni mövsümə hazırlığını davam etdirir.

Dsport.az xəbər verir ki, ikinci Bundesliqada mübarizə aparan Aue təmsilçisi iyunun 25-dən etibarən start verdiyi hazırlıq prosesi çərçivəsində ötən gün ikinci yoxlama oyununa çıxıb. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da heyətində yer aldığı bu klub aşağı liqa təmsilçilərindən olan “Vildenştayner”lə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu görüşdə 25:0 hesabıyla qalib gəlib. Nazarov bu görüşün birinci hissəsində meydanda olub.

“Ersgebirge” ilk sınaq matçında “Limbax-Oberfrohna”ya da 17:0 hesabı ilə qalib gəlmişdi.