Almaniya

“Borussiya” yeni müdafiəçi aldı

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi İsveçrənin “Bazel” klubunun müdafiəçisi Mixael Lanqı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

İsveçrə yığmasının üzvü “Bazel”də 2015-ci ildən çıxış edirdi. 27 yaşlı müdafiəçi daha öncə ölkəsinin “Sankt-Qallen” və “Qrasshopper” klublarında da forma geyinib.