Almaniya

Bundesliqada klubunu dəyişdi

Geridə qalan mövsümdə Almaniya Bundesliqasında bürünc medallara sahib çıxaraq UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanan “Hoffenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, sözügedən klub Münhenqladbax “Borussiya”sından yarımmüdafiəçi Vinçentso Qrifonu transfer edib. Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.

İtaliyalı futbolçu əvvəllər də “Hoffenhaym”da çıxış edib. O, 2012-ci ildən 2014-cü ilə qədər bu klubun şərəfini qoruyub. Son mövsümdə isə o, “Borusiyya”nın heyətində 18 matça çıxıb.