Almaniya

Bundesliqa klubu Tayfun Korkutla bağlı qərar verdi

Almaniyanın “Ştutqart” klubu baş məşqçisi Tayfun Korkutla bağlı qərar verib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi türkiyəli mütəxəssislə yeni, 2 illik müqavilə bağlayıb. Bu barədə məlumatı “Ştutqart”ın mətbuat xidməti yayıb. Məlumatda Korkut və köməkçiləri ilə müddəti 2020-ci ilin yayına kimi nəzərdə tutulmuş yeni müqavilə bağlandığı qeyd edilib.

Xatırladaq ki, son mövsümün gedişində “Ştutqart”ın “sükanı arxasına” keçən Tayfun Korkut komandanı Bundesliqada saxlamağı bacarıb.