Almaniya

“Borussiya”dan transfer - 20 milyon avroya

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Verder”də çıxış edən Tomas Deleynini transfer edib. Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.

Danimarka yığmasının da şərəfini qoruyan 26 yaşlı xavbek yeni klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalayıb.

“Kicker” nəşrinin iddiasına görə, bu transferin dəyəri 20 milyon avro təşkil edib.