Almaniya

Millimizin üzvü Almaniya klubu ilə müqavilə bağladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier Almaniyanın “Bohum” klubu ilə yeni müqavilə imzalayıb.

Dsport.az xəbər verir ki, ötən ilin yayında “Essen”dən transfer edilən və son mövsümü “Bohum”un U-19 komandasında keçirən Ekincier bundan sonra əsas kollektivə cəlb ediləcək. O, geridə qalan mövsümdə bu komandada 17 matça çıxıb, 5 qol vurub, bir neçə məhsuldar ötürmə ilə yadda qalıb.

19 yaşlı futbolçunun “Bohum”la bu gün imzaladığı yeni və peşəkar müqavilənin müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Barış Ekincier U-19 millisinin heyətində 8 oyun keçirib.