Almaniya

Dadaşov finala hazırdı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb.

Dsport.az xəbər verir ki, bunu “Dinamo”nun baş məşqçisi Rene Ridleviç deyib.

IV Bundesliqa təmsilçisi bu gün Berlin kubokunun finalında “Berliner”lə qarşılaşacaq. Aprelin əvvəllərində zədələnən və həmin vaxtdan bəri komandadan ayrı düşən Dadaşov finalda meydana çıxa bilər.

Ridleviç gələn mövsümdən III Bundesliqa klubu “Proyssen”in formasını geyinəcək 27 yaşlı forvardın son dəfə “Dinamo”nun formasını geyinəcəyini istisna etməyib: “Bombardirimiz artıq sağalıb. Ancaq məşqlərə yeni başlayıb. Dizin gərginliyə necə reaksiya verməsindən çox şey asılıdı. O, ötən həftə ərzində məşqlərdə “partlayış” etdi. Yenidən zədələnməsindən ehtiyatlanırıq. Ancaq özü oynamaqda israrlıdı. “Dinamo”nu titulla və qolla tərk etmək istəyir. Rüfətlə və ya Rüfətsiz, bu kuboku qazanmalıyıq”.

Qeyd edək ki, “Proyssen”lə 2 illik müqavilə bağlayan Rüfət Dadaşov iyunun 13-də yeni komandasına qoşulacaq. (Apasport)