Almaniya

DÇ-yə aparılmadı, yığma karyerasını başa vurdu

“Bavariya”nın futbolçusu Sandro Vaqner Almaniya yığmasındalı karyerasını bitirdiyini elan edib.

Dsport.az xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Vaqneri DÇ-2018-ə gedəcək heyətə salmadığına görə, o, karyerasını bitirmək qərarına gəlib. Futbolçu “İnstaqram”da məsələ ilə bağlı yazdığı statusda məşqçilər korpusunu da ittiham edib:

“Mən yığma komandadan gedirəm. Aydın görünür ki, açıq, vicdanlı və ədalətli davranışımla məşqçilər korpusunu qane etmirəm. Uşaqlara Rusiyada uğur arzulayıram və inanıram ki, vətənə çempion kimi qayıdacaqlar. Karyeramda isə ən vacib məqam artıq baş verib. Yenidən “Bavariya”da - sevimli komandamdayam”.