Almaniya

Toğrul Erat mövsümün son matçında da oynamadı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da 2017/18 mövsümündə sonuncu matçına çıxıb. Sözügedən klub 34-cü tur çərçivəsində doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” mövsümü 48 xalla 18 klub arasında 7-ci pillədə başa vurub.