Almaniya

Nazarov mövsümün son matçında 79 dəqiqə oynadı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də 2017/18 mövsümündə sonuncu matçına çıxıb. Sözügedən komanda 34-cü tur çərçivəsində səfərdə “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

“Ersgebirge” mövsümü 40 xalla 18 klub arasında 16-cı pillədə baş vurub. Bu isə o deməkdi ki, Nazarovun komandası 2-ci Bundesliqada qalmaq üçün 3-cü Bundesliqada 3-cü pilləni tutmuş “Karlsrue” ilə pley-off oyunları keçirməlidi. Bu oyunlarda məğlub olacağı halda, Aue klubu aşağı liqaya düşəcək.