Almaniya

Dadaşov mövsümün son matçında da oynamadı

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da sonuncu matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Yunion Fyurstenvalde” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, ağır zədə aldığından mövsümü erkən başa vurmuşdu. 

Uzun müddət ikinci pillədə olan “Dinamo” məhz Rüfətin zədələnməsindən sonra başlayan ardıcıl uğursuzluqlar nəticəsində mövsümü 54 xalla 18 iştirakçı arasında 4-cü pillədə başa vurub.

Onu da bildirək ki, Dadaşov növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.