Almaniya

Dortmund “Borussiya”sı baş məşqçisiz qaldı

Dortmund “Borussiya”sının baş məşqçisi Peter Ştöyger postunu tərk edib.

Dsport.az xəbər verir ki, bu barədə mütəxəssis özü ötən gün baş tutan “Hoffenhaym”la oyundan (1:3) sonra keçirilən mətbuat konfransında məlumat verib:

“Bu oyun mənim “Borussiya”da son qarşılaşmam idi. Biz bir müddət əvvəl bu barədə birlikdə qərar qəbul etmişik. Yeni baş məşqçi ilə yeni stimul klubun inkişafına yardım edəcək”.

Ştöyger komandaya 2017-ci ilin dekabrından başçılıq edirdi. “Borussiya”nın baş məşqçi postuna ən real namizəd Lyusen Favr hesab olunur.