Almaniya

“Dinamo” Dadaşovsuz darmadağına üzüldü

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turdan təxirə salınmış oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Berliner AK 07” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb. O, ağır zədə aldığından uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onu da bildirək ki, Rüfət hazırda “Dinamo”da forma geyinsə də, növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.

Bu məğlubiyyətdən sonra iki pillə geriləyən "Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 4-cü yerdə qərarlaşıb.