Almaniya

“Bavariya”da ciddi itki - DÇ-ni də buraxa bilər

Almaniya çempionu “Bavariya” daha bir itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Jerom Boatenq zədələnib. Mərkəz müdafiəçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la oyununda (1:2) sıradan çıxıb. "Alyans Arena"da keçirilən matçda baldırından zədə alan arxa xətt oyunçusu ən azı 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdi ki, Almaniya millisinin də üzvü olan Boatenq mövsümü başa vurub. Məlumatı Almaniyanın “Bild” nəşri yayıb.

Xəbərdə həmçinin, Boatenqin dünya çempionatına yollanmasının da sual altında olduğu qeyd edilib.