Almaniya

“Bavariya”nın finaldakı rəqibi bəlli oldu - VİDEO

Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Bavariya” səfərdə “Bayer”lə qarşılaşıb. 8 qolun qeydə alındığı qarşılaşmada darmadağınla qalib gələn Münhen klubu finala yüksəlib.

Digər finalçının adına isə “Şalke” - “Ayntraxt” matçında aydınlıq gəlib. Frankfurt təmsilçisi yeganə qol sayəsində "Şalke"ni mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Beləliklə, finalda "Bavariya" və "Ayntraxt" qarşılaşacaq. Bu komandalar arasındakı həlledici oyun mayın 19-da baş tutacaq.

Almaniya Kuboku
Yarımfinal

17 aprel

Bayer - Bavariya 2:6
Qol: Bender, 16. Beyli, 72 – Levandovski, 3; 9. Müller, 52; 64; 79. Alkantara, 61.

18 aprel

Şalke - Ayntraxt 0:1
Qol: Yoviç, 75.