Almaniya

Bu da oldu - Fasilədə penalti təyin etdi

Futbol üzrə Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində keçirilən “Maynts” - “Frayburq” qarşılaşmasında maraqlı olay yaşanıb.

Dsport.az xəbər verir ki, komandalar fasiləyə yollanıblar. Ancaq videoassistentlər ilk hissənin son dəqiqəsindəki epizodun təkrarına baxdıqdan sonra baş hakim Qvido Vinkmana həmin məqamda penalti olduğunu bildiriblər.

Hakim futbolçuları geri çağırıb və “Frayburq”un qapısına penalti təyin edib. Pablo de Blasis bu fürsətdən yararlanıb. O, ikinci hissədə daha bir qol vuraraq komandasının 2:0 hesablı qələbəsini təmin edib.