Almaniya

Dadaşov yoxdusa, xal da yoxdu

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 29-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “BSG Leytpsiq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət  bu oyunun iştirakçısı olmayıb. O, ağır zədə aldığından uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onu da bildirək ki, Rüfət hazırda “Dinamo”da forma geyinsə də, növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.

"Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.