Almaniya

Mahmudov “Nürnberq”ə qarşı 90 dəqiqə oynadı

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, frankfurtlular 23-cü tur çərçivəsində səfərdə “Nürnberq”lə qarşılaşıb. Matç “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 0:2.

“Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan Renat Dadaşov artıq komandasına kömək etmir. Frankfurt klubunda çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Keçirdiyi 22 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.