Almaniya

Eratsız “Duysburq” evdə uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 38 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.