Almaniya

“Bavariya” səfərdə uduzdu - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Hannover”lə dueldən minimal hesabla qalib ayrılıb.

“Bayer” səfərdə “Köln”ə 2 cavabsız qolla uduzub.

Lider “Bavariya” da bazar günü meydana çıxıb. Münhen təmsilçisi “Leyptsiq”in qonağı olub. Hesabı qonaqlar açsa da, sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Almaniya Bundesliqası
27-ci tur

16 mart

Frayburq - Ştutqart 1:2
Qol: Petersen, 53 - M.Qomes, 4; 75.

17 mart

Ayntraxt - Maynts 3:0
Qol: Boatenq, 6. Yoviç, 23. Rebiç, 41.

Auqsburq - Verder 1:3
Qol: Xedira, 63 - Belfodil, 5; 40. Kruse, 82.

Hamburq - Herta 1:2
Qol: Santos, 25 - Lazaro, 56. Kalu, 63.

Borussiya (Münhenqladbax) - Hoffenhaym 3:3
Qol: Drmiç, 33. Ştindl, 72. Ginter, 90 - Hubner, 13. Kramariç, 59-pen. Qrillitş, 73.

Volfsburq - Şalke 0:1
Qol: Knoçe, 86-avtoqol.

18 mart

Borussiya (Dortmund) - Hannover 1:0
Qol: Batşuayi, 24. 

Köln - Bayer 2:0
Qol: Osako, 9. Zoller, 69. 

Leyptsiq - Bavariya 2:1
Qol: Keyta, 37. Verner, 56 - Vaqner, 12.