Almaniya

Murad oynadı, Renat yox

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, frankfurtlular 15-ci turdan təxirə salınmış oyunda səfərdə “Vehen”la qarşılaşıb. Matç “Ayntraxt”ın qələbəsiylə başa çatıb – 1:0.

Frankfurt klubunda çıxış edən futbolçularımızdan Murad Mahmudov da bu oyunun iştirakçısı olub. Renat Dadaşov isə bu dəfə oynamayıb.

Keçirdiyi 19 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.