Almaniya

Dadaşovun vurduğu qol komandasına əzmkar qələbə qazandırdı

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Auerbax” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. Belə ki, o, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.

Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.

"Dinamo" hazırda 43 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.