Almaniya

“Borussiya”da yeni müqavilə - FOTO

Almaniyanın “Borussiya” klubu polşalı futbolçusu Lukaş Pişeklə müqaviləni yeniləyib.

Dsport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2020-ci ilin yayında bitəcək. Bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynamaq bacarığı ilə seçilən Pişek 2010-cu ildə “Herta”dan “Borussiya”ya transfer edilib. O, bu mövsüm Dortmund klubunda 22 oyunda meydana çıxıb.

“Borussiya” bir neçə gün öncə Marko Roysla da yeni müqavilə imzalamışdı.