Almaniya

Bundesliqa klubunda baş məşqçi istefası

Almaniya Bundesliqasında məşqçi istefası baş verib.

Dsport.az xəbər verir ki, “Hamburq”un baş məşqçisi Bernd Hollerbax qovulub. Rəhbərlik onu uğursuz nəticələrə görə istefaya göndərib.

Klubun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, mövsümün sonuna qədər komandanı Kristian Tits çalışdıracaq. Tits “Hamburq”un U-21 komandasına başçılıq edirdi.

Hollerbax “Hamburq”da bu ilin yanvarından işləyirdi.

Komanda 26-cı turda “Bavariya”ya 0:6 hesabı ilə məğlub olmuşdu.