Almaniya

Eratsız “Duysburq” yenə məğlub oldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.