Almaniya

Dadaşov üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 25-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Budissa Bautzen” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb.

"Dinamo" hazırda 40 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.