Almaniya

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Volfsburq” klubunun baş məşqçisi Martin Şmidtin istefa verməsi barədə məlumat vermişdik.

Dsport.az xəbər verir ki, artıq “canavarlar”ın yeni çalışdırıcısının adına da aydınlıq gəlib. Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 52 yaşlı mütəxəssislə 2019-cu ilin yayına kimi müqavilə bağlanıb.

Məlumatda Labbadianın bu gün komandanı məşqə çıxaracağı qeyd edilib.

Bundesliqanın 23 turundan sonra hesabında 24 xal olan “Volfsburq” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.