Almaniya

“Bavariya”nın yarımfinaldakı rəqibi bəlli oldu

Futbol üzrə Almaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, finala vəsiqə uğrunda “Bayer”, “Bavariya”, “Şalke” və “Ayntraxt” klubları mübarizə aparacaq. 

Püşkə əsasən, “Bayer” “Bavariya”ya, “Şalke” də “Ayntraxt”a rəqib olub.

Yarımfinal görüşləri aprelin 17-də keçiriləcək.

Almaniya Kuboku
Yarımfinal
17 aprel

Bayer - Bavariya

Şalke - Ayntraxt