Almaniya

Erat yenə oynamadı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 34 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.