Almaniya

“Bavariya” “Şalke”yə də qalib gəldi, “Bayer” uduzdu - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları ikinci oyun günündə baş tutub.

Turun mərkəzi oyununda keçirdiyi son 8 matçın hamısını qələbə ilə başa vuran lider “Bavariya” əsas rəqiblərindən olan “Şalke”ni qəbul edib. Münhen təmsilçisi bu oyundan da qələbə ilə ayrılıb.

Liderin əsas izləyicisi "Bayer" isə doğma meydanda "Herta"ya məğlub olub.

Almaniya Bundesliqası
22-ci tur

9 fevral

Leyptsiq - Auqsburq 2:0
Qol: Upamekano, 17. Keyta, 70.

10 fevral

Bayer - Herta 0:2
Qol: Lazaro, 43. Kalu, 58.

Borussiya (Dortmund) - Hamburq 2:0
Qol: Batşuayi, 49. Götze, 90.

Ayntraxt - Köln 4:2
Qol: Rebiç, 15. Russ, 59. Falette, 65. Volf, 67 - Terodde, 57-pen; 74.

Hannover - Frayburq 2:1
Qol: Anton, 28. Klaus, 54 - Qulde, 88.

Hoffenhaym - Maynts 4:2
Qol: Salai, 27; 74. Kramariç, 67; 88 - Berqqrin, 28; 80.

Bavariya - Şalke 2:1
Qol: Levandovski, 6. Müller, 36 - Di Santo, 29.

11 fevral

18:30 Ştutqart - Borussiya (Münhenqladbax) 
21:00 Verder – Volfsburq