Almaniya

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Hamburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Bernd Hollerbax çalışdıracaq. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda 48 yaşlı mütəxəssislə 2019-cu ilə qədər müqavilə imzalandığı qeyd olunub. O, bu gün komandanı artıq ilk məşqə də çıxarıb.

Xatırladaq ki, “Hamburq” ötən gün sabiq baş məşqçi Markus Qisdolu istefaya göndərib. Buna komandanın son turlarda ardıcıl dörd məğlubiyyətlə üzləşməsi səbəb olub. Qisdol “Hamburq”u 2016-cı ilin sentyabr ayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqanın cari mövsümündə 19 tura cəmi 15 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.