Almaniya

Bundesliqa klubu baş məşqçisini qovdu

Almaniyanın “Hamburq” klubu baş məşqçi Markus Qisdolu istefaya göndərib.

Dsport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın son turlarda ardıcıl dörd məğlubiyyətlə üzləşməsi rəhbərliyin səbr kasasını daşırıb və baş məşqçi öz köməkçiləri ilə birgə qovulub.

Qisdol “Hamburq”u 2016-cı ilin sentyabr ayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqanın cari mövsümündə 19 tura cəmi 15 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.