Almaniya

“Bayer” darmadağınla 2-ci pillədə - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 19-cu tur həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə liderin əsas izləyicisi "Leytpsiq" səfərdə "Frayburq"a uduzub. 

Bundan maksimum yararlanan "Bayer" səfərdə "Hoffenhaym"ı darmadağın edərək ikinci pilləyə yüksəlib. 

Münhenqladbax "Borussiya"sı da doğma meydanda "Auqsburq"a qalib gələrək bu iki komanda ilə xallarını bərabərləşdirib. Bu üzdən də hazırda ikinci pilləyə üç şərik var.

Almaniya Bundesliqası
19-cu tur
19 yanvar

Herta - Borussiya (Dortmund) 1:1
Qol: Selke, 46 - Kaqava, 71.

20 yanvar

Hoffenhaym - Bayer 1:4
Qol: Salai, 86- Beyli, 43. Baumqartlinger, 51. Alario, 70; 90.

Maynts - Ştutqart 3:2
Qol: Muto, 45; 54. Holtmann, 64 - Badştuber, 19. Ginçek, 90.

Borussiya (Münhenqladbax) - Auqsburq 2:0
Qol: Ginter, 10. Azar, 90.

Frayburq - Leyptsiq 2:1
Qol: Haberer, 72. Kox, 76 - Verner, 65.

Volfsburq - Ayntraxt 1:3
Qol: Arnold, 66 - Haller, 18. Yoviç, 85.

Hamburq - Köln 0:2
Qol: Terodde, 27; 67.

21 yanvar

18:30 Bavariya - Verder 
21:00 Şalke – Hannover