Almaniya

Dadaşov qol vurdu, komandası qalib gəldi

Almaniyanın “Dinamo” (Berlin) klubu qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi bu kollektiv Ratenov “Optik”i ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə başa çatıb – 3:1.

Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının qollarından birini də məhz Dadaşov rəqib qapısından keçirib.