Almaniya

Nazarovun komandası yenə uduzdu

Almaniyanın ikinci Bundesliqa təmsilçisi - “Ersgebirge” klubu qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası hazırlıq çərçivəsindəki son sınağında Almaniyanın digər klubu “Rot-Vayss” (Erfurt) klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası üçüncü Bundesliqa təmsilçisi ilə qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.

Yığmamızın üzvü də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb.