Almaniya

Erat “Ayaks”a qarşı 45 dəqiqə oynadı

Almaniyanın “Duysburq” klubu yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Toğrul Eratın formasını geyindiyi bu komanda qış təlim-məşq toplanışı çərçivəsində Hollandiyanın “Ayaks” klubu ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Erat da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və fasilədə əvəzlənib. İkinci yarıda baş məşqçi meydana fərqli “11-lik” buraxıb.