Almaniya

“Hannover”dən möhtəşəm əzmkarlıq - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci tur həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə lider “Bavariya”nın ən yaxın izləyicisi “Şalke” “Leyptsiq”in qonağı olub. Qonaqlar bu görüşdə məğlubiyyətlə üzləşiblər.

Maraqlı oyunlardan biri Hannoverdə baş tutub. Şəhərin eyniadlı komandası doğma meydanda "Maynts"la qarşılaşıb. Meydan sahibləri 0:2 hesabıyla geri düşmələrinə baxmayaraq, möhtəşəm əzmkarlıq göstərməklə qalib gəliblər.

Almaniya Bundesliqası
18-ci tur
12 yanvar

Bayer - Bavariya 1:3
Qol: Volland, 70 - Martines, 32. Riberi, 59. Rodriqes, 90.

13 yanvar

Ayntraxt - Frayburq 1:1
Qol: Haller, 28 - Kox, 51.

Auqsburq - Hamburq 1:0
Qol: Ku, 45. 

Hannover - Maynts 3:2
Qol: Fullkruq, 44; 38-pen; 75 - Muto, 26. Hakk, 31.

Ştutqart - Herta 1:0
Qol: Stark, 78-avtoqol.

Verder - Hoffenhaym 1:1
Qol: Selassie, 63 - Hubner, 39.

Leyptsiq - Şalke 3:1
Qol: Keyta, 41. Verner, 69. Bruma, 71 - Naldo, 55.

14 yanvar

18:30 Köln - Borussiya (Münhenqladbax)
21:00 Borussiya (Dortmund) – Volfsburq