Almaniya

“Bavariya” yeni ilə qələbə ilə başladı - VİDEO

Futbol üzrə Almaniya Bundesliqasında yeni ilin ilk - 18-ci turuna start verilib.

Dsport.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Bayer” “Bavariya”nı qəbul edib. 

Leverkuzen təmsilçisi çempionata uğurlu start verməsə də, son 12 oyunda məğlub olmamışdı. “Asprinlər” bu seriyanı liderlə oyunda da davam etdirmək arzusundaydı. Lakin Münhen təmsilçisi səfərdə inamlı qələbə qazanmaqla leverkuzenlilərin məğlubiyyətsiz seriyasına son qoyublar.

Almaniya Bundesliqası
18-ci tur
12 yanvar

Bayer - Bavariya 1:3
Qol: Volland, 70 - Martines, 32. Riberi, 59. Rodriqes, 90.

13 yanvar

18:30 Ayntraxt - Frayburq 
18:30 Auqsburq - Hamburq 
18:30 Hannover - Maynts
18:30 Ştutqart - Herta 
18:30 Verder - Hoffenhaym 
21:30 Leyptsiq - Şalke

14 yanvar

18:30 Köln - Borussiya (Münhenqladbax) 
21:00 Borussiya (Dortmund) – Volfsburq