Almaniya

“Borussiya”da kütləvi zəhərlənmə

Dortmund “Borussiya”sının futbolçuları zəhərlənib.

Dsport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə Dortmund təmsilçisinin 9 futbolçusunun yedikləri toyuq dönərindən zəhərləndikləri qeyd edilib.

Dönərdən zəhərlənən futbolçular - Roman Burki, Roman Veydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömer Toprak, Yakob Brunn Larsen, Nuri Şahin və Dominik Reymanndı.

Adıçəkilən futbolçuların məhz bu səbəbdən “Sulte Varegem”lə yoxlama oyununu buraxdıqları, ancaq bazar günü baş tutacaq “Volfsburq”la Bundesliqa oyununadək tam hazır olacaqları qeyd edilib.