Almaniya

Nazarovun komandası yenə uduzdu

Almaniyanın “Ersgebirge” klubu yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası İspaniyadakı təlim-məşq toplanışı çərçivəsindəki ikinci sınağında Belçikanın “Ostende” klubu ilə üz-üzə gəlib. Qarşılaşma belçikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Aue təmsilçisi ilk yoxlama oyununda Frankfurt “Ayntraxt”ına da 1:3 hesabı ilə uduzmuşdu.