Almaniya

Milli üzvü Bundesliqa klubunda

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bazel”in yarımmüdafiəçisi Renato Şteffeni heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu “Volfsburq”la 2021-ci ilə kimi müqavilə bağlayıb. O, yeni klubunda 8 nömrəli futbolkada çıxış edəcək.

Şteffen İsveçrə millisinin də üzvüdü. Vinger 2015-ci ildən çıxış etdiyi yığmada bu günə kimi 5 oyun keçirib.