Almaniya

Simulyasiya edən baş məşqçi cəzasını aldı

Leverkuzen “Bayer”inin baş məşqçisi Heyko Herrlix Almaniya Futbol İttifaqı tərəfindən cəzalandırılıb.

Dsport.az xəbər verir ki, o, 12 min avro cərimə olunub. Buna Heykonun Almaniya kubokunun 1/8 finalında Münhenqaldbax “Borussiya”sı ilə keçirilən oyunda simulyasiya etməsi səbəb olub.

Belə ki, Herrlix qarşılaşmanın 75-ci dəqiqəsində rəqib futbolçu Denis Zakaria ilə yüngül toqquşmadan sonra texniki zonada yerə yıxılıb. Onu bu davranışı azarkeşlər arasında da münaqişəyə səbəb olub. Mütəxəssis ona qarşı irəli sürülən ittihamla razılaşıb.