Almaniya

Dadaşov Bundesliqa klubuna keçir

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişə bilər.

Dsport.az xəbər verir ki, 26 yaşlı futbolçu 3-cü Bundesliqa təmsilçisi “Şportfroynde” klubunun maraq dairəsindədi.

Regionalliqa təmsilçisi “Dinamo”nun formasını geyinən qolçu futbolçu üçün “Şportfroynde” rəhbərliyi qarşı tərəflə danışıqlara start verib. 27 yaşlı forvardın cari mövsümdə keçirdiyi 18 oyunda 19 qol vurması “Şportfroynde”nin diqqətini cəlb edib.

Qeyd edək ki, Dadaşov Regionalliqada ümumilikdə keçirdiyi 79 oyunda 41 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.