Almaniya

“Bavariya” tək qolla qalib gəldi - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun qalan bütün görüşləri son oyun günündə keçirilib.

Çempion və hazırkı lider “Bavariya” doğma meydanda autsayder “Köln”lə qarşılaşıb. Münhen təmsilçisi minimal hesabla qalib gəlib. 

Elə günün digər oyunlarında da sevinən tərəf meydan sahibləri olublar.

Almaniya Bundesliqası
16-cı tur

12 dekabr

Volfsburq - Leyptsiq 1:1
Qol: Verhaq, 15 - Halstenberq, 52.

Hamburq - Ayntraxt 1:2
Qol: Papadopulos, 9 - Volf, 16. Qaçinoviç, 24.

Maynts - Borussiya (Dortmund) 0:2
Qol: Papastatopulos, 55. Kaqava, 89.

Frayburq - Borussiya (Münhenqladbax) 1:0
Qol: Petersen, 20.

13 dekabr

Hoffenhaym - Ştutqart 1:0
Qol: Ut, 81.

Bayer - Verder 1:0
Qol: Alario, 11.

Bavariya - Köln 1:0
Qol: Levandovski, 60.

Herta - Hannover 3:1
Qol: Kalu, 18; 45. Torunariqa, 83 - Bebu, 65.

Şalke - Auqsburq 3:2
Qol: Di Santo, 44. Burqstaller, 47. Kaliquiri, 83-pen - Kayubi, 64. Qreqoriç, 79-pen.