Almaniya

Dortmund “Borussiya”sı səfərdə qalib gəldi - VİDEOLAR

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma keçirilib.

"Volfsburq" doğma meydanda "Leytpsiq"lə bərabərə qalıb. 

"Frayburq" Münhenqladbax "Borussiya"sı ilə ev oyunundan qalib ayrılıb. 

Dortmund "Borussiya"sı yeni baş məşqçisi Peter Ştöqerin rəhbərliyi altında səfərdə "Maynts"ı məğlub edibsə, Frankfurt "Ayntraxt"ı da "Hamburq"a oxşar aqibəti yaşadıb.

Almaniya Bundesliqası
16-cı tur
12 dekabr

Volfsburq - Leyptsiq 1:1
Qol: Verhaq, 15 - Halstenberq, 52.

Hamburq - Ayntraxt 1:2
Qol: Papadopulos, 9 - Volf, 16. Qaçinoviç, 24.

Maynts - Borussiya D 0:2
Qol: Papastatopulos, 55. Kaqava, 89.

Frayburq - Borussiya M 1:0
Qol: Petersen, 20.

13 dekabr

21:30 Hoffenhaym - Ştutqart 
23:30 Bayer - Verder
23:30 Bavariya - Köln
23:30 Herta - Hannover 
23:30 Şalke – Auqsburq