Almaniya

Dortmund “Borussiya”sında yeni baş məşqçi

Almaniyanın “Borussiya” klubunun baş məşqçisi Peter Boşun bu gün istefaya göndəriləcəyini xəbər vermişdik.

Dsport.az xəbər verir ki, gözlənilən olub. Dortmund klubu Peter Boşla yolları ayırıb. Buna səbəb dortmundluların uğursuz çıxışıdı.

Artıq Dortmund klubunun yeni baş məşqçisinin kimliyi də məlumdu. Belə ki, komandanı bundan sonra Peter Stoger çalışdıracaq. Onunla rəsmi müqavilə imzalanıb.

54 yaşlı Boş komandaya bu ilin yayından rəhbərlik edirdi.

Stoger "Borussiya"dan əvvəl "Köln"də çalışıb.