Almaniya

Nazarov 4 cavabsız qola üzüldü

Almaniya 2-ci Bundesliqasında 16-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçını keçirib. Aue təmsilçisi səfərdə “Drezden”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.

Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub. 

16 oyundan sonra aktivində 19 xal olan “Ersgebirge” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.