Almaniya

“Bavariya” xal fərqini artırdı - VİDEO

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub. 

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Frayburq” “Hamburq”u qəbul edib. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.

Bundesliqada 6 oyundu qələbəyə həsrət olan Dortmund “Borussiya”sı “Bayer”in qonağı olub. Dortmundlular yenə 3 xala həsrət qalıblar. 

Son turda Münhenqladbax “Borussiya”sına uduzan lider “Bavariya” isə evdə “Hannover”lə qarşılaşıb və inamlı qələbəyə sevinib - 3:1. Münhen təmsilçisinin ən yaxın izləyiciləri - "Leyptsiq" və "Şalke" turu müvafiq olaraq məğlubiyyət və heç-heçə ilə başa vurduğundan, Yupp Haynkesin yetirmələri onlarla xal fərqini bir az da artırıb.  

Almaniya Bundesliqası
14-cü tur
1 dekabr

Frayburq - Hamburq 0:0

2 dekabr

Bayer - Borussiya D 1:1
Qol: Volland, 30 - Yarmolenko, 73.

Bavariya - Hannover 3:1
Qol: Vidal, 17. Koman, 67. Levandovski, 87-pen - Benşop, 35.

Hoffenhaym - Leyptsiq 4:0
Qol: Amiri, 13. Qnabri, 52; 62. Ut, 87.

Maynts - Auqsburq 1:3
Qol: Holtmann, 85 - Qreqoritş, 22. Finnboqason, 43-pen; 86.

Verder - Ştutqart 1:0
Qol: Kruse, 45.

Şalke - Köln 2:2
Qol: Burqstaller, 36. Harit, 72 - Girassi, 50; 77-pen.

3 dekabr

Herta - Ayntraxt 1:2
Qol: Selke, 15 - Volf, 26. Boatenq, 80. 

Volfsburq - Borussiya M 3:0
Qol: Mallı, 4. Didavi, 25. Qilavoqi, 71.