Almaniya

Bundesliqa klubunda baş məşqçi istefası

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.

Dsport.az xəbər verir ki, “Köln”ün baş məşqçisi Peter Ştoqer istefaya göndərilib. 51 yaşlı avstriyalı mütəxəssis “Şalke” ilə oyundan (2:2) sonra postundan uzaqlaşdırılıb.

“Köln” cari mövsümdə olduqca uğursuz çıxış edir. Komanda Bundesliqada 14 turdan sonra hələ də qələbə qazana bilməyib.