Almaniya

“Bavariya”dan qələbə, “Borussiya”dan növbəti xal itkisi - VİDEOLAR

Futbol üzrə Almaniya çempionatında 14-cü tur həyəcanı davam edir.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Frayburq” “Hamburq”u qəbul edib. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.

Bundesliqada 6 oyundu qələbəyə həsrət olan Dortmund “Borussiya”sı “Bayer”in qonağı olub. Dortmundlular yenə 3 xala həsrət qalıblar. 

Son turda Münhenqladbax “Borussiya”sına uduzan lider “Bavariya” isə evdə “Hannover”lə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası
14-cü tur
1 dekabr

Frayburq - Hamburq 0:0

2 dekabr

Bayer - Borussiya (Dortmund) 1:1
Qol: Volland, 30 - Yarmolenko, 73.

Bavariya - Hannover 3:1
Qol: Vidal, 17. Koman, 67. Levandovski, 87-pen - Benşop, 35.

Hoffenhaym - Leyptsiq 4:0
Qol: Amiri, 13. Qnabri, 52; 62. Ut, 87.

Maynts - Auqsburq 1:3
Qol: Holtmann, 85 - Qreqoritş, 22. Finnboqason, 43-pen; 86.

Verder - Ştutqart 1:0
Qol: Kruse, 45.

Şalke - Köln 2:2
Qol: Burqstaller, 36. Harit, 72 - Girassi, 50; 77-pen.

3 dekabr

18:30 Herta - Ayntraxt
21:00 Volfsburq - Borussiya (Münhenqladbax)